Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 14:02
Azərbaycan çempionu Qarabağ" Çempionlar Liqasında hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün Qəbələyə gedib.
Klubun Mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Ağdam təmsilçisi səhər saatlarında Bakını tərk edib.
"Qarabağ"ın düşərgəsində futbolçular Xayme Romero və Miçel Maderadan başqa hamı yer alıb. Hazırda vətənlərində olan ispaniyalı oyunçuların yaxın vaxtlarda ölkəmizə qayıdacağı gözlənilir.
Qeyd edək ki, dünən komanda üzvləri koronavirus testindən keçiblər və heç kimdə pandemiya aşkarlanmayıb.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.