Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhalinin yalnız 10 faizində baş verəcək - ARAŞDIRMA

Əhalinin yalnız 10 faizində baş verəcək - ARAŞDIRMA

Tarix: 15 Iyul 2020 22:09

Alimlər bu qənaətə gəlib ki, dünya əhalisinin sadəcə 10 faizi koronavirusa qarşı təbii immunitet qazana bilər.

Sonxeber.net xəbər verir ki, alimlər COVID-19-a yoluxan xəstələrin qanında virusa qarşı antikor olduğunu bildirib, lakin onların sayı sürətlə azalır və bir neçə aydan sonra yoxa çıxır. Bu da o deməkdir ki, yenidən yoluxa bilərsiniz.

Kollektiv immunitet anlayışı sabit immunitet mövcudluğunu nəzərdə tutur, lakin yeni tip koronavirus digər xəstəliklərə bənzəmir. Alimlərin sözlərinə görə, peyvənd hazırlansa, əhalinin 60-70 faizinə vurulmalıdır ki, təsir göstərsin. Bu barədə "British Daily Mail" yazıb.

Sonda proqnoz belə görünür: COVID-19-a yoluxmuş əhalinin yalnız 10 faizində təbii immunitet inkişaf edə bilər, peyvənd isə 60 faizdə antikorların yaranmasına kömək edəcək. Vaksinin inkişaf etdirildiyi tədqiqat mərkəzlərinin ilkin məlumatları göstərir ki, alimlər təbii immunitetdən daha sabit və dəyişməz immunitet əldə edə bilib. (publika.az)


Etiketlər:  Əhalinin yalnız faizində baş verəcək ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ