Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 11:30
"Real" bu gün La Liqada 2019/2020 mövsümünün qalibi ola bilər.
Qol.az xəbər verir ki, Madrid klubu bu gün 37-ci turda doğma meydanda "Vilyarreal"ı məğlub etsə, xalını 86-a yüksəldəcək və ən yaxın izləyicisi "Barselona" ilə xal fərqini ən azı 4-də saxlayacaq. Bununla da komanda turnirin bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək. Sözügedən görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Madrid təmsilçisinə son iki turda heç-heçə də çempionluğa kifayət edəcək. Çünki "Barselona" ilə xallar bərabər olacağı təqdirdə, Zinəddin Zidanın komandası şəxsi görüşlərinə hesabına (2:0, 0:0) yenə çempion olacaq.
Qeyd edək ki, "Real" hazırda 83 xalla 1-ci, "Barselona" 79 alla 2-ci, "Atletiko" 66 xalla 3-cüdür.