Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trolların hakimiyyət davası - Şok ''wathsapp'' yazışmaları yayıldı: Əli Kərimlini fitvala ki... - VİDEO

Trolların hakimiyyət davası - Şok ''wathsapp'' yazışmaları yayıldı: Əli Kərimlini fitvala ki... - VİDEO

Tarix: 16 Iyul 2020 16:24

"Milli Şura"nın vidokonfransları qeybətxananı xatırladır. Xarici düşmənlərimizin ideyası əsasında yaradılan "Milli Şura"nın əsas vəzifəsi dövlətimizin beynəlxalq aləmdəki mövqelərinə xələl gətirməyə kökləndiyi hamıya aydındır. Bu mənada hesab edirəm ki, belə təşkilatdan ciddi nəsə gözləməyə də dəyməz. Onların əsas işi-gücü arada yığışıb çayxana səviyyəsində dedi-qodu etməkdir. Bunları, hətta "Qeybət Şurası" da adlandırmaq olar. Çünki onların indiyədək keçirdikləri hər bir iclas yalnız qeybətə hesablanıb və bununla da gündəmdə qalmağa çalışıblar. İctimai-siyasi proseslərə təsir imkanları olmayan "milli şura"çılar bu gün videokonfrans formatında yığışaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar. 

Bunu adını cəbhəçi qoyub, cəbhəsini ölkə daxilində quranların növbəti rəzaləti də adlandırmaq olar. Amma artıq rəzalətdən də keçib. Belə ki, ambisiyaları cəbhəçi yoldaşlarını belə əzəcək qədər böyüyən AXCP dəstəsinin bəzi üzvləri bu dəfə də gülləni ayaqlarına sıxdılar. 

Yenə rəzilliyin dibinə endilər. Bu dəfə isə AXCP rəhbərliyində təmsil olunan şəxslərin votsap müzakirələrinin səs yazısı yayılıb. Həmin səs yazılarında partiya rəhbərliyində təmsil olunan şəxslərin bir-birlərinin əleyhinə danışması diqqətdən yayınmır. Partiyadaxili intriqa ilə bağlı bir çox həqiqətlər, trolluq, pul mənimsəmə və daha bir neçə gizli məqamların üstü bu müzakirə zamanı açılır. 

AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov: Gənclər komitəsinin sədri Emil Səlimov "qrubıy" olmaqda, özünü iqtidarda baş nazir kimi aparmaqda ittiham etdi. Emilin başının qıza qarışdığını pıçıldayan Bəxtiyar onu işləməməkdə ittiham edib. Vəziyyətin xaotikləşdiyini dəfələrlə qeyd edən rəyasət heyyətinin üzvü cəbhədaxilində qruplaşmalar yarandığını qeyd edib: "Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir". B.İmanov onunla yazışan şəxsin "Keçən dəfə Seymurgil, Fuad mənə irad bildirdi, qrupu ləğv elədim" fikrinə belə cavab verib: Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir, başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan.

Bununla da bunlar hakimiyyətə gəlmək istəyirlər. Özlərini idarə edə bilməyənlərin bu xalqı idarə etmək iddiası yenidən biabırçılıqlarına şahid olmağımızla nəticələndi. Cəbhəçilərdən biri hətta bildirir ki, 17 nəfərə 180 dənə facebook profili var. Bu da adambaşına minimum 10 profil açıb trolluqla məşğul olanların özünüifşası...

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Trolların hakimiyyət davası Şok wathsapp yazışmaları yayıldı Əli Kərimlini fitvala VİDEO


RƏYLƏR