Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 21:30
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 16-na olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 722 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 601 500 test aparılıb. Aktiv xəstə sayı 8 575 nəfərdir, onlardan 345 nəfər reanimasiyadadır, 68 nəfər isə süni tənəffüs aparatına qoşulub.