Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 22:18
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 9 023 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 610 523 test aparılıb. Aktiv xəstə sayı 8 490 nəfərdir, onlardan 327 nəfər reanimasiyadadır, 77 nəfər isə süni tənəffüs aparatına qoşulub.