Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 18:52
Bakı. Trend:
Pakistanın Azad Kəşmir ştatının Mirpur rayonundakı şadlıq sarayının binasının çökməsi nəticəsində ən azı 3 nəfər ölüb, daha 19 nəfər dağıntılardan xilas edilib.
Trend-in məlumatına görə, bu barədə Geo.tv telekanlı bildirib.
Qeyd edək ki, bundan əvvəl 15 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.
Bildirilib ki, hadisə zamanı 50-dən çox işçi binanın yenidən qurulması ilə məşğul olub.Ölənlər arasında binanın sahibi və oğlu da olub.