Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 22:36
Koronavirusun dünyada hər gün yüzlərlə can aldığı dövrdə çinli virusoloq qandonduran iddia ilə çıxış edib.
Sonxeber.net "BakuPost"a istinadən bildirir ki, Honq Konqdan olan elm adamı Li-Menq Yan onu ABŞ-ın "Fox News" kanalına ölkəsindən qaçmağa vadar edən səbəbləri açıqlayıb.
Li-Menq Yan koronavirus ortaya çıxmağa başlayanda Honq Konq Xalq Sağlıamlıq Universitetində çalışan virusoloq olub. O, Çinin COVİD-19-la bağlı həqiqətləri gizlətməyə çalışdığını etiraf edib. Qadın həkimin sözlərinə görə, epidemiya ilə bağlı önəmli araşdırmalar aparılıb. Ancaq rəhbərlik bu nəticələri görməməzlikdən gəlib və gizlətməyə çalışıb.
Virusun araşdırılması üçün qurulan ilk heyetdə yer alan və koronavirusun yayılmağa başladığı Uhana göndərilən Yan virusun insandan-insana keçdiyini tapan ilk şəxslərdən biri olub. Ancaq onun bu tapıntısının yayılmasının qarşısı Çinin Komunist Partiyasının rəsmiləri tərəfindən alınıb.
Bundan sonra Li-Menq Yan Honq Konqdan ABŞ-a köçüb və bu qaçışı virusu dünyaya elan etmək üçün etdiyini açıqlayıb. Onun Çin hökümətinin Honq Konq Universitetindəki araşdırmalara mane olması, xaricdən gələn mütəxəssislərə araşdırma aparmağa imkan verməməsi və gerçəkləri gizlətməsi haqqında dedikləri böyük ajiotaja səbəb olub.
Təhlükəsizliyi üçün gizləndiyini deyən həkim virusun insanların düşündüyündən daha ölümcül olduğunu, köhnə bilikləri ilə onunla mübarizənin olduqca çətin olduğunu deyib.
'İndi dünyada 6 milyard insanın olduğunu nəzərə alsaq virus hər 600 nəfərdən birinə yoluxur. Yaxın günlərdə onun hər 100 nəfərdən birində olduğunu görəcəyik.
Edə biləcəyimiz yeganə şey çox diqqətli olub, özümüzü, sevdiklərimizi qorumaqdır. Hazırda bir peyvənd yoxdur. Yaxında da olacağını demək çətindir. Peyvənddən möcüzə gözləməkdənsə, virusun neçə yarandığını ortaya çıxartmalıyıq".
Həkimin idiaları cavabsız qalmayıb. Honq Konq universitetindən verilən məlumata görə, Li-Menq Yanın dediklərinin heç bir əsası yoxdur və universitete heç bir araşdırmanı öst-basdır etmir.
Xatırladaq ki, koronavirusu dünyaya ilk dəfə tanıdan və hökumət tərəfindən səhv məlumat verməkdə ittiham edilən çinli həkim də pandemiyanın qurbanı olmuşdu.