Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusdan sağalanların ümumi sayı 19 minə çatır

Azərbaycanda koronavirusdan sağalanların ümumi sayı 19 minə çatır

Tarix: 19 Iyul 2020 18:45

Bakı. Trend:

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı 517 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, Azərbaycanda 388 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8 200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ötən müddət ərzində isə ümumilikdə 627 881 test aparılıb.


Etiketlər:  Azərbaycanda koronavirusdan sağalanların ümumi sayı minə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ