Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: ''Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb''

Ərdoğan: ''Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb''

Tarix: 21 Iyul 2020 19:04

Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub.

Türkiyə Prezidenti yük daşımalarının artıq Pekindən Londona qədər fasiləsiz daşındığını da qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona yaxın yük daşınıb.


Etiketlər:  Ərdoğan Bakı Tbilisi Qars dəmir yolu xəttinə tələbat artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ