Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 08:09
Bir şey dəqiqdir: geniş ictimaiyyətə təqdim olunan bir peyvənd hələlik yoxdur. Belə bir peyvənd 2020-ci ildə olmayacaq və 2021-ci ildə hazırlanarsa - bu, bir nailiyyət olacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Fransanın Paster İnstitutunun tibbi tədqiqatlar üzrə direktoru peyvəndlə bağlı 2 layihənin irəliləməsi ilə bağlı verdiyi məlumatda bildirib.
Qeyd edib ki, aparılan tədqiqatlar 2 peyvəndin təhlükəsizliyini və immun reaksiyasını qiymətləndirmək üçün həyata keçirilmiş iki mərhələdən ibarət iki sınaqdır.
Diqqətə çatdırıb ki, bu iki sınaq 2 peyvəndin tolerantlığını göstərdi. Ciddi yan təsirlər yoxdur, immunitet reaksiyası var. Ancaq bu hələ peyvəndlərin qoruyucu olmasının göstəricisi deyil. Sınaqların 3-cü mərhələsi peyvəndlərin qoruyucu olmasını təsdiqləməyə imkan verəcək.
Fransız epidemioloq vurğulayıb ki, aparılmış 2 sınaq müsbət perspektivdən məlumat verir. Peyvənd sınağında iştirak edənlərdə anticisim yaranıb və sınaqda iştirak edənlərin çoxunda peyvənd virusu neytrallaşdırıb. Bu da ümidi artırır və 3-cü mərhələ virusun daha çox yayıldığı yerdə tezliklə başlayacaq.
Qeyd edilib ki, bir çox peyvəndlər hazırlanmaqdadır, sonda ən səmərəli və ucuz başa gələn peyvənd seçiləcək. 2021-ci ildə peyvəndin hazırlanması əsil nailiyyət olacaq.