Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bütün futbolçuların testi neqativ çıxdı - Çində

Bütün futbolçuların testi neqativ çıxdı -  Çində

Tarix: 22 Iyul 2020 14:40

Çin Superliqasında çıxış edən futbolçulardan götürülən bütün koronavirus testlərinin nəticəsi neqativ çıxıb.

Qol.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, pandemiyaya görə dayandırılan çempionat şənbə günü başlayacağı üçün bütün klubların heyətinin vəziyyəti yoxlanılıb.

Superliqada çıxış edən 16 komandada 1870 nəfərdən koronavirus testi götürülüb və heç bir yoluxma faktı aşkarlanmayıb. 

Çin Futbol Federasiyası  fevral ayının 22-də start götürməli olan çempionatın koronavirus pandemiyasına görə 25 iyulda başlayacağını bildirmişdi. Bundan əlavə, oyunların Suzhou və Dalian şəhərlərində oynanılacağı və futbolçulardan hər həftə koronavirus testi götürüləcəyi də qeyd edilib.

 

 


Etiketlər:  Bütün futbolçuların testi neqativ çıxdı Çində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ