Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''də braziliyalı futbolçu - Rəsmi

''Neftçi''də braziliyalı futbolçu - Rəsmi

Tarix: 22 Iyul 2020 20:06

"Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək.

"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer edib.

 


Etiketlər:  Neftçidə braziliyalı futbolçu Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ