Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi

Tarix: 23 Iyul 2020 10:42

Sloveniyada 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, "Tselye" tarixində ilk dəfə ölkə çempionu olub.

Komanda 36-cı turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edib. Xalını 69-a çatdıran "Tselye" ölkə çempionatını 1-ci pillədə başa vurub.

Qeyd edək ki, "Tselye" ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Beləliklə, klub  "Qarabağ"ın ÇL-dəki potensial rəqibi olacaq.

 


Etiketlər:  Qarabağın daha bir potensial rəqibi müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ