Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla bağlı vəziyyət daha da pis olacaq - Trampdan qorxulu proqnoz

Koronavirusla bağlı vəziyyət daha da pis olacaq -  Trampdan qorxulu proqnoz

Tarix: 23 Iyul 2020 21:06

ABŞ prezidenti Dopnald Tramp aylar sonra Ağ evdə koronavirusla bağlı yenidən mətbuat konfransı keçirib.

Pandemiyanın ən ağır nəticələrə yol açdığı ölkənin prezidenti çıxışı ilə amerikalıları daha da qorxuya salıb.
Apreldən bu yana keçirilən ilk toplantı zamanı Tramp koronavirusdan "Çin virusu" deyərək bəhs edib. O, peyvəndin hazırlanması üzərində işin davam etdiyini də qeyd edib. "Bu virusla bağlı ölən hər kəs üçün yas saxlayırıq. Onların xatirəsinə bir peyvənd hazırlayacağımıza söz verirəm. Bu virusu məğlub edəcəyik.
Təəssüf ki, pandemiya yaxşılaşmadan daha da pisləşəcək. Bunu deməyi sevmirəm, amma gerçək budur".

Daha öncəki çıxışlarında tibbi maskanın əleyhinə çıxışlar edən Tramp bu dəfə fərqli çıxış edib. "Hər kəsdən sosial məsafəni qorumasını və maska taxmasını istəyirik. Bunu istəsəniz də, istəməsəniz də maskanızı taxın. Təsiri olacaq". Amma bu dəfə də özü maskanı cibindən çıxarıb göstərməklə kifayətlənib.
Qeyd edək ki, ABŞ-da son 24 saatda COVİD-19 virusundan ölüm sayı 580 nəfər artaraq 143891-ə çatıb. Yoluxanların sayı isə 4 milyona yaxınlaşır. Sayın artmasına baxmayaraq karantin rejimini uzatmaması, iqtisadiyyatı bərpa etməyin lazım olduğunu deyən Trampın çıxışları birmənalı qarşılanmayıb.


Etiketlər:  Koronavirusla bağlı vəziyyət daha olacaq Trampdan qorxulu proqnoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ