Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faydaları saymaqla bitməyən MEYVƏ: Müntəzəm istifadə edildiyində...

Faydaları saymaqla bitməyən MEYVƏ: Müntəzəm istifadə edildiyində...

Tarix: 24 Iyul 2020 23:09

Orqanizm üçün faydalı meyvələrdən biri də armuddur.

Sonxeber.net xəbər verir ki, onun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.

Armud qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır.

Eyni zamanda bu meyvədə fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır. Armud kaliumla, C, K vitaminləri ilə zəngindir. Bu mineral ürək üçün olduqca faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ritmini tənzimləyir. (publika.az)


Etiketlər:  Faydaları saymaqla bitməyən MEYVƏ Müntəzəm istifadə edildiyində


RƏYLƏR