Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd edilməyən xəstəliklər uşaqlar üçün koronavirusdan daha təhlükəli ola bilər - XƏBƏRDARLIQ!

Peyvənd edilməyən xəstəliklər uşaqlar üçün koronavirusdan daha təhlükəli ola bilər - XƏBƏRDARLIQ!

Tarix: 25 Iyul 2020 19:45

"Peyvəndlər-sağlamlığın qorunması sahəsində ən güclü vasitələrdən biridir və bu gün daha çox sayda uşaqlar peyvənd olunur. Lakin pandemiya bu nailiyyətləri məhv edə bilər".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, uşaqların peyvənd olunmadıqları xəstəliklər onlar üçün COVID-19 virusundan daha təhlükəli ola bilər və bu vəziyyətə yol vermək olmaz: "Peyvənd təhlükəsiz şəraitdə, hətta pandemiya zamanı da edilə bilər. Biz bütün ölkələri vaksinasiya proqramlarının davamlı olmaları üçün əllərindən gələni etmələrinə çağırırıq".

Məlumatlara görə, COVID-19 pandemiyası başlayandan dünyada bir sıra immunizasiya proqramları ya müvəqqəti, ya da tamamilə dayandırılıb. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə ÜST və BMT Uşaq Fondunun (UNICEF) ekspertləri həyəcanla xəbər verirlər.

Qeyd olunur ki, hazırda uşaqları koronavirusdan başqa, əvvəllər peyvəndlərin qoruduğu ölümcül xəstəliklər tərəfindən də təhlükə gözləyir. COVID-19 pandemiyasından əvvəl dünyada uşaqların yalnız 85 faizi difteriya, göyöskürək, tetanus və qızılca əleyhinə peyvənd olunur, 14 milyon uşaq isə bu xəstəliklərdən müdafiə olunmurdu. Yeni növ koronavirusun meydana gəlməsi ilə vəziyyət daha da pisləşdi.

İlkin məlumatlara görə, artıq cari ilin birinci dörd ayı ərzində difteriya, göyöskürək, tetanus əleyhinə birləşdirilmiş peyvənd vurulmuş uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, son 28 il ərzində ilk dəfə baş verir. Bu peyvənd həm milli, həm də qlobal səviyyədə immunizasiyanın əhatəliliyinin əsas göstəricisidir.

Qızılca əleyhinə azı 30 peyvənd kampaniyası ya artıq dayandırılıb, ya da dayandırıla bilər. Bu da güman olunduğu kimi, xəstəliyin yenidən yayılmasına gətirib çıxarar. ÜST və UNICEF tərəfindən tərəfdaşları ilə birlikdə may ayında keçirilmiş sorğunun nəticələrinə görə tədqiqatda iştirak etmiş 82 ölkədən dörddə üçü xəbər verib ki, COVID-19 ilə əlaqədar olaraq peyvəndin vurulmasını dayandırıblar.

Hətta peyvənd etmək imkanı olan yerdə nəqliyyatda fasilələrin mövcudluğu, tətbiq edilmiş məhdudiyyətlər, virusa yoluxmaq qorxusu, və ya sadəcə gəlirin itirilməsi səbəbindən insanlar bəzən klinikalara gedib çata bilmirlər.

Hesablamalara görə, bu gün dünyaya gəlmiş uşağın beş yaşına qədər bütün tövsiyə olunan peyvəndlərin alınması ehtimalı 20 faizdən azdır.

UNICEF-in icraçı direktoru Henriyetta For isə deyib ki, COVID-19 planlı immunizasiyanı nəhəng problemə çevirdi. Biz vəziyyətin daha da pisləşməsinə yol verməməliyik. Nə qədər ki, uşaqlar digər xəstəliklərin qurbanı olmayıblar, vaksinasiya proqramlarını dərhal bərpa etmək lazımdır. Əks təqdirdə daha bir böhran yarana bilər.


Etiketlər:  Peyvənd edilməyən xəstəliklər uşaqlar üçün koronavirusdan daha təhlükəli bilər XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ