Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 21:30
Rusiya kubokunda bu mövsümün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, həlledici matçda "Zenit" "Ximki" ilə qarşılaşıb. Matç Sankt-Peterburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Zenit" - "Ximki" - 1:0
Qol: Artem Dzyuba, 84-pen
Bununla da "Zenit" tarixində 4-cü dəfə Rusiya kubokunun sahibi olub.
Xatırladaq ki, "Zenit" Rusiya Premyer Liqasında da 2019/2020 mövsümünün qalibi adına yiyələnib.