Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 21:52
Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarmışdır.
AZAL-dan Sonxeber.net-a verilən məlumata görə, sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.
Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanan plana əsasən həyata keçirilir.