Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 22:48
Bakı. Trend:
Özbəkistan karantin məhdudiyyətləri avqustun 15-dək uzadılıb.
Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, karantin məhdudiyyətlərinin müddəti yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə uzadılıb.
Bildirilir ki, karantin məhdudiyyətləri nəticəsində koronavirusa yoluxanların sayında azalma, koronvirusdan sağalanların sayında isə çoxalma qeydə alınıb.
Qeyd edək ki, Özbəkistan yeni növ koronavirusa 19 952 nəfər yoluxub. Koronavirusdan ölənlərin ümumi sayı 111 nəfər, sağalanların sayı isə 10 831 nəfər təşkil edir.