Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb

Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb

Tarix: 28 Iyul 2020 12:18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı da əhalinin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üzrə çoxsaylı işlər həyata keçirilir.

 

Növbəti olaraq nazirliyin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti bir sıra rayonlarda yeni Elektron ATS-lər qurub, nömrə tutumlarını artırıb.

 

Görülmüş tədbirlər nəticəsində İsmayıllının Külüllü, Gədəbəyin Qaradağlı, Qəbələnin Abdallı, Qusarın Bədirqala, Biləsuvarın Səmədabad, Ağdamın Təzəkənd, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində və Ağcabədi rayonunun Üzeyir Hacıbəyli prospektində yeni Elektron ATS-lər sakinlərin istifadəsinə verilib.

 

Bundan başqa Ağdamın Təzəkənd, Qəbələnin Məmmədağalı, Zaqatalanın Gözbarax, Danaçı, Lahıc, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində mövcud EATS-lərin nömrə tutumları artırılıb.

 

Qeyd edək ki, daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən yararlanmaq imkanının yaradılması üçün işlər davam etdiriləcək.




Etiketlər:  Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb


RƏYLƏR