Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Nazim İsmayılovun anasına vədi - VİDEO

Şəhid Nazim İsmayılovun anasına vədi - VİDEO

Tarix: 28 Iyul 2020 13:18

Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində danışıb.

Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:

"Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın".

Qeyd edək ki, şəhidin qardaşı İsmayıl İsmayılzadə də hazırda hərbi xidmətdədir.


Etiketlər:  Şəhid Nazim İsmayılovun anasına vədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ