Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada ictimai yerdə maska taxmaq zərurəti tətbiq edilir

İspaniyada ictimai yerdə maska taxmaq zərurəti tətbiq edilir

Tarix: 28 Iyul 2020 16:56

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə ictimai məkanda maska taxmaq zərurəti tətbiq edilir.

Trend-in məlumatına görə, şəhər rəhbərliyi bu qərarı koronavirusa yoluxmanın təkrar artmasının qarşısının alınması məqsədilə qəbul edib.

Bundan başqa, paytaxtda restoran, kafe və barların saat 01:00-da bağlanması qərarı verilib.

Madridin əsas hava limanında da nəzarətin gücləndiriləcəyi bildirilib.

Qeyd edək ki, son günlərdə İspaniyanın bəzi regionlarında virusa yoluxma halları artmağa başlayıb.


Etiketlər:  İspaniyada ictimai yerdə maska taxmaq zərurəti tətbiq edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ