Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 23:52
Son zamanlar ən çox müzakirə olunan, arzuolunmaz nəticələri ola biləcəyi ilə bağlı xəbərdarlıq edilən mövzulardan biri də internetdən istifadədir. Pandemiya ilə əlaqədar insanların məşğuliyyətinə, "başını qatmaq" vasitəsinə çevrilən bu zərərli vərdiş geniş vüsət alıb. Evdə qalan insanların əksəriyyəti demək olar ki, mobilomaniya xəstəliyinə tutulub, sosial şəbəkələrdən asılı vəziyyətə düşüblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, jəmsöhbətimiz isə psixoloq Aida Namazovadır.
Onun sözlərinə görə, son dönəmlər insanların həddən artıq sosial şəbəkələrdən, internet asılılığından, televizor bağlılığından əziyyət çəkməsinin ən böyük səbəblərindən birinin insanlar arasında sosial ünsiyyətin, emosional bağın zəif olmasıdır: "Bu isə onlarda özünəqapanma, emosional reaksiyalarda problemlər, yalnızlıq, depressiv əlamətlər və bu kimi əlamətlər meydana gətirə bilir. Belə desək, mobil telefonlardan asılılıq birbaşa insanların mobil şəbəkə vasitəsilə psixoloji idarə olunmasına gətirib çıxarır. Həmin insanlarda anidən gərginləşmə, özündən çıxma, anidən əsəbiləşmə kimi reaksiyalar müşahidə edilə bilər. Uşaqlarda isə bu, gec nitq açma, assioativ əlaqələrin gec qurulması, diqqət yayğınlığı kimi problemlərə yol aça bilir".
Əslində internetdən istifadə zaman çərçivəsində, məqsədyönlü şəkildə olmalıdır. Zaman çox önəmlidir. Məsələ bundadır ki, insanlar bəlli saatlar çərçivəsində bununla məşğul olmalıdır. İnternet istifadəsi zamanı açıq hava şəraiti, oturma tərzi, göz kontaktı kimi bəlli qaydalara da əməl olunmalıdır.
Psixoloq bildirir ki, insanlar əslində hal-hazırda smartfonlar vasitəsilə həm idarə olunur və özünə qapanma yaşayırlar. Bəzən telefona çox bağlandıqda şüurlu idarəetmə də itir: "Özündən asılı olmadan bir əlləri telefonda digər əlləri isə stolun üzərində müxtəlif hərəkətlərə meyillənə, aqressiv davranışlar sərgiləyə bilərlər. Kağız üzərində aqressiv cızma-qara edə bilərlər. Bu da beynə olan təsirin təzahürüdür.
İnsan dərk edəndə ki o, sosial şəbəkədən asılıdır, bəzən sosial şəbəkəyə əli çatmayanda aşırı dərəcədə aqressiv olur, dağıdıcı və destruktiv hərəkətlər göstərir və bəzən özündə də o səbəbi axtarıb tapa bilmir".
Mövcud vəziyyətdə internet asılılığı xəstəlik diaqnozu olaraq qəbul olunur. Psixoloq Aida Namazovanın məsləhətlərinə gəlincə isə xilas olmağın ən yaxşı yollarından biri insanlarla sosial ünsiyyəti artırmaq, mühitə çıxmaq, oksigendə çox olmaq, insanlarla, ailə ilə vaxt keçirmək lazımdır. Bundan başqa, kitab oxumaq, əlavə fəliyyət növləri ilə məşğul olmaq, özünə zaman ayırmaq faydalı ola bilər. Ən əsası isə bəlli bir hədəf, motivasiya qoyub ona doğru getmək mütləqdir. Çünki bu tip insanlar adətən belə problemlərdən əziyyət çəkmirlər.