Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rembrandtın avtoportreti rekord məbləğə satılıb

Rembrandtın avtoportreti rekord məbləğə satılıb

Tarix: 29 Iyul 2020 04:45

Bakı. Trend:

Rembrandtın 1632-ci ildə yazdığı Harmen van Reyn rəsm Londonda rekord 14.5 milyon funta (18.7 milyon dollar) satılıb.

Trend-in Sotheby’s xərrac evinə istinadən verdiyi məlumata görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulmuşdur.

Rəssam sənət əsərini 26 yaşında olarkən çəkib. Bu Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.


Etiketlər:  Rembrandtın avtoportreti rekord məbləğə satılıb


RƏYLƏR