Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 12:28
Bakı. Trend:
İranın ali lideri Əli Xamneyinin müşaviri, parlamentin sabiq sədri Əli Laricani ikinci dəfə koronavirusa yoluxub.
Trend-in məlumatına görə, hazırda o, xəstəxanaya yerləşdirilib.
Ə.Laricaninin vəziyyəti orta stabil olaraq dəyərləndirilir.
Qeyd edək ki, sabiq parlamenti sədri aprelin əvvəkində virusa yoluxsa da, qısa müddətdə sağalmışdı.
Son statistikaya əsasən, İranda 300 minə yaxın şəxs koronavirusa yoluxub, 16 343 nəfər həyatını itirib.