Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 18:33
Bakı. Trend:
Bu gün Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində “Azərpoçt” MMC-nin pandemiya dövründəki fəaliyyəti ətrafında müzakirə aparılıb.
Trend-in məlumatına görə, MMC-nin Poçt xidmətləri departamentinin direktoru Məmməd Dadaşov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Balabəyov qurumun işinin bu dövrdə necə qurulması barədə ətraflı məlumat veriblər.
Pandemiya zamanı xarici ölkələrlə əməkdaşlıq xüsusi vurğulanıb və poçt mübadiləsi aparılan ölkələrin sayı açıqlanıb.
Bidirilib ki, “Azərpoçt” xüsusi karantin rejimi dövründə bir sıra layihələrin həyata keçirilməsinə dəstək verib.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən işlər barədə də “Hədəf”də məlumat verilib.
Verilişi AzTV-nin rəsmi “Youtube” kanalından https://www.youtube.com/watch?v=XNU2-OiNZCM&feature=youtu.be izləyə bilərsiniz
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az