Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir - FOTO

Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir - FOTO

Tarix: 31 Iyul 2020 14:38

Azərbaycanda karantin rejimi elan olunmasına baxmayaraq, İmişlinin mal bazarında qızğın iş gedir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb. 

Ölkə ərazisində sosial məsafənin qorunması qaydalarının zəruri olması bildirilsə də, bazarda sıxlıqdır. 

Bildirilir ki, əraziyə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları nəzarət etmir.

Daxili İşlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib.

Qurumdan bildirilib ki, sosial şəbəkələrdə yayılmış həmin fotodan göründüyü kimi, axşam radələri olduğu üçün şəkillərin çəkilməsi polis naryadlarının dəyişdiyi vaxta təsadüf edib:

"Həmin vəziyyət bir neçə dəqiqəlik davam edib. Hazırda polis əməkdaşları həmin ərazidə sanitar rejimə nəzarəti davam etdirir və gigiyenik vasitələrdən istifadə olunmasına diqqət yetirilir".


Etiketlər:  Azərbaycanda daha bazarda heç karantin qaydalarına əməl edilmir FOTO


RƏYLƏR