Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 20:42
Filadelfiya alimləri koronavirusun hamilə qadınlara təsirini araşdırıb.
Sonxeber.net xəbər verir ki, aprel-iyun ayları arasında həkimlər COVID-19 diaqnozu qoyulan hamilə qadınların sağlamlıq vəziyyətini araşdırıb. Və bu nəticəyə gəlib ki, hamilə qadınlar virusa fərqli immun reaksiya göstərir. Elm adamları "Science Immunology" jurnalında dərc olunan məqalədə hamilələrdə xəstəliyə davamlı immunitetin qazanılması barədə məlumat verib.
Doğuşdan sonra 1293 qadın antikorlar üçün sınaqdan keçirilib. Onların 6,2 faizində koronavirusa qarşı antikorlar inkişaf etdirilib. Bu, Filadelfiyada yoluxma sayı 1,4 faiz olduğu bildirilən rəqəmlərdən təxminən 4 dəfə çoxdur.
Lakin alimlər hələ immunitetin irqi və etnik qruplarla necə bağlı olduğunu anlaya bilmirlər. Məlum olub ki, bəzi qadınlar immuniteti daha çox, digərləri daha az inkişaf etdirir. Məsələn, ispan qadınları başqalarına nisbətən daha yaxşı qorunur - 10,4 faizində antikorlar yaranıb, qaradərili hamilə qadınların isə 9,7 faizində sözügedən virusa qarşı immunitet var.
Tədqiqatçıların bildirdiyinə görə, ağdərili qadınların yalnız 2 faizi, Asiya qadınlarının isə 0,9 faizi koronavirusa qarşı immun reaksiya inkişaf etdirib. (publika.az)