Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 xal silinəcək – İngiltərə klubundan

12 xal silinəcək – İngiltərə klubundan

Tarix: 1 Avqust 2020 08:54

İngiltərənin "Şeffild Uensdey" klubu maliyyə pozuntusu üzündən cəzalanıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Çempionşip təmsilçisinin hesabından 12 xal silinəcək.

Cəza növbəti mövsümə tətbiq ediləcək. Şeffild təmsilçisi yeni çempionata "-12" xalla başlayacaq.

Cəzaya səbəb klubun "Hillsboro" stadionunun satışını 2017/18 mövsümünün hesabatında göstərməsi olub. Hərçənd satış bir il sonra gerçəkləşib.

Qeyd edək ki, "Şeffild Uensdey" ötən mövsümdə 16-cı yeri tutub.


Etiketlər:  silinəcək İngiltərə klubundan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ