Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb (FOTO)

Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb (FOTO)

Tarix: 1 Avqust 2020 15:54

Bakı. Trend:

Xarici ölkələrdə yaşayan soydaşlarımızın və övladlarının elm, təhsil və digər sahələrdə əldə etdikləri uğurlar Azərbaycanda böyük rəğbətlə qarşılanır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Nyu-Yorkdakı Herbert Huver adına ibtidai məktəbin 4-cü sinfini başa vuran azyaşlı soydaşımız Maqsud Süleymanova ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı təqdim olunub. O, bu mükafata 2020-ci tədris ilini müvəffəqiyyətlə başa vurduğuna görə layiq görülüb.

Qeyd edək ki, Maqsud Süleymanov Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı icmasının fəal üzvləri Hikmət Süleymanov və Nigar Pənahovanın övladıdır.

Azyaşlı soydaşımızı və valideynlərini bu mükafat münasibətilə təbrik edir, növbəti tədris illərində daha böyük uğurlar əldə etməyi, Vətənimizi uzaq Amerikada ləyaqətlə təmsil etməyi arzulayırıq.

Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb (FOTO) - Gallery Image Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb (FOTO) - Gallery Image


Etiketlər:  Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ