Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 19:36
Həkim-dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıblar. Sonxeber.net medicina.az-a istinadən bildirir ki, onlar qeyd edib ki, immuniteti viruslara qarşı gücləndirən element sinkdir. Bu mineralsız immun hüceyrələri, xüsusən leykositlər işləyə bilmir.
Sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.
Bundan başqa, C vitamini immun sistem üçün vacibdir. O, qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.
Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələri, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görürlər.
E vitamini immun sistemin antitellərin hasilatı üçün lazımdır. E vitamini badam, çərəzlər, kətan toxumu, günəbaxan tumlarında olur.
Balıq və sarımsaq isə qırmızı qan hüceyrələrini artırır.
Bağırsaqların mikrflorasının güclü olması üçün qatıq və kefir yeyin.