Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin toplanışının vaxtı bilindi

Millimizin toplanışının vaxtı bilindi

Tarix: 3 Avqust 2020 01:46

Milli komandamızın təlim-məşq toplanışının vaxtı məlum olub.

Qol.az xəbər verir ki, bunu yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi alacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında deyib.

De Byazinin korpusunda fikizi hazırlıq üzrə məşqçi kimi yer alacaq italiyalı mütəxəssis yeni işi ilə bağlı danışarkən millinin hazırlıq prosesinin başlanacağı tarixi də açıqlayıb:

“Millətlər Liqasında Lüksemburqa qarşı debüt oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın startı avqustun 28-nə təyin edilib. Ancaq hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var".

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.

 


Etiketlər:  Millimizin toplanışının vaxtı bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ