Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Droqba prezidentliyə namizəd oldu

Droqba prezidentliyə namizəd oldu

Tarix: 3 Avqust 2020 16:26

Afrika futbolunun canlı əfsanəsi Didye Droqba federasiya prezidenti olmağa qərar verib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, unudulmaz hücumçu Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.

O, seçkilərdə İdris Diallo ilə mübarizə aparacaq. Maraqlıdır ki, Droqbanın ölkəsində çoxlu tərəfdarı olsa da, bu seçkilərdə favorit göstərilmir. FİFA-da da çalışan Diallo federasiya prezidenti olmağa daha şanslı hesab olunur.


Etiketlər:  Droqba prezidentliyə namizəd oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ