Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 17:28
Dünyada vaksinlərlə bağlı hansı irəliləyişlər əldə edilməsi Azərbaycan hökuməti tərəfindən araşdırılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır: "Tam özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir".