Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 08:16
Bakı. Trend:
Meksikanın Xalisko ştatının prokurorluğunun əməkdaşlarına Qvadalahara şəhəri yaxınlığında 4 silahlı hücum olub.
Trend-in "Excelsior" portalına istinadən verdiyi məlumata görə, hücumlar nəticəsində 2 polis əməkdaşı və 2 cinayətkar həlak olub, daha 2 cinayətkar isə yaralanıb.
Bildirilir ki, hücumlar təxminən eyni vaxtda Sapopan və Tlahomulko bələdiyyələrində baş verib. Hücum edənlərdən 3-ü saxlanılıb və prokurorluğa gətirilib.
Qeyd edilir ki, atışmalardan biri təxminən 1 saat ərzində davam edib və hüquq-mühafizə orqanları hadisə yerinə helikopterlər və 300-ə yaxın polis və hərbçi cəlb ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin