Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 18:46
"Qəbələ" müqaviləsi başa çatan daha bir legionerini geri qaytara bilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu, fransalı hücumçu Nikolas Rayseldi. 27 yaşlı futbolçu artıq ölkəmizə qayıdaraq "qırmızı-qaralar"la hazırlığa qoşulub. Futbolçu ilə növbəti 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ" bu vaxtadək müqaviləsi bitən legionerlərindən gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili hücumçu Rodriqo Qattasla yeni anlaşma əldə edərək heyətinə qaytarıb.