Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 23:16
Fantastika janrında olan əsərlər keçmişə düşəcəyimiz halda bizlərə tarixin gedişatına qarışmamağı məsləhət görürlər. Ola bilər ki, klassik fizika üçün kəpənək effekt həqiqətən çalşır. Lakin kvant fizikasında reallıq heç gözlənilmədən stabil olaraq qalır. Bu barədə Science Daily saytı xəbər verib. Klassik fantastikalarda zaman səyahətçiləri vacib bir qaydaya riayət etməlidirlər: Kəpənək effektini yarada biləcək ən kiçik dəyişikliyi belə etməmək. Əks halda indiki zaman tam fərqli bir şəkildə ola bilər və məsələn sizin valideynləriniz ümumiyyətlə tanış olmaya bilərlər. Lakin ABŞ-ın Los Alamos milli laboratoriyasının alimləri kvant kompüteri vasitəsilə kəşf ediblər ki, kvant mexanikasının qanunları bu qədər sərt deyillər.
"Kvant kompüterində təkamülün zaman baxımından geriyə doğru və ya ümumiyyətlə hansısa prosesin keçmişə doğru işə salınmasında heç bir problem yoxdur. Buna görə də biz, keçmişə yollanaraq nələrisə dəyişib indiki zamana geri qayıdacağımız halda kompleksli kvant dünyasının necə dəyişəcəyini müşahidə edə bilərik. Biz aşkar etdik ki, bu halda dünya sağ qalacaq. Yəni, kvant dünyasında kəpənək effekti mövcud deyil" - deyə Nikolai Sinitsyn adlı tədqiqatçı qeyd edib. IBM-Q adlı kvant prosessoru vasitəsilə alimlərdən ibarət qrup kvant qapıları sayəsində səbəb və nəticəni zamanda geriyə və önə göndərərək onları sərgiləyiblər.
Yaradılmış model özündə iki nəzəri subyekti birləşdirib: Alisa və Bob (bu cür təcrübələrdə qarşılıqlı əlaqədə olan iki obyektə verilən daimi adlar). Onlardan hər biri bir kubitə (kvant kompüterində məlumatın saxlanması üçün nəzərdə tutulmuş ən kiçik element / informasiyasnın 1 kvant bit-i). sahib olublar. Ssenarinin məlumatlarına əsasən Alisa öz kubitini indiki zamandan keçmişə göndərib. Həmin anda Bob göndərilmiş kubiti ölçərək onunla qarşılıqlı əlaqədə olub. Daha sonra Bob həmin kubiti gələcəyə göndərib və bu dəfə Alisa onu ölçüb.
Əgər kəpənək effekti kvant dünyasında çalışsaydı, Bob-un çoxlu sayda dəyişənlə bağlı kubitə kiçik təsiri indiki zamanda olan sistemi tamamilə dəyişməli idi. Lakin bu baş verməyib.
Alisa-nn kubiti nisbətən zərər çəkmədən geri qayıdıb və o, kubitin daxilində olmuş mlumatı bərpa edə bilib. Maraqlısı ondadır ki, əslində məhz çoxlu sayda dəyişənlər kubiti zərərçəkmədən xilas ediblər. İndiki zamanda olan kubitin daxilindəki məlumat dərin keçmişdəki kvant dolanıqlığında (bir-birindən ayrılmış iki zərrəciyin qəribə kvant xassəsi - bu xassəyə əsasən bir zərrəciyə edilmiş təsir ani olaraq digər zərrəciyə də təsir edir) gizlədilib. Bu əlaqələr şəbəkəsini məhv etmək heç də san deyil. Daha qəribə vəziyyət ondadır ki, kubit nə qədər çox keçmişə göndərilsə sistem bir o qədər qəliz olur və kvant manelərindən daha az zərər gəlir.
"Biz aşkar etdik ki, klassik fizikada və kvant mexanikasında xaos barəsində təsvir fərqli şəkildə başa düşülür" - deyə Nikolai Sinitsyn bildirib. Qeyd etmək lazımdır ki, bu təcrübənin praktik dəyəri var. Birincisi, klassik prosessor bu cür modelləşdirməni reallaşdıra bilmədiyi üçün bu təcrübədən istifadə edərək kvant kompüterlərin həqiqətən də kvant prinsipləri ilə çalışıb-çalışmadıqlarını öyrənmək olar. İkincisi, bu təcrübənin nəticələrini kvant sistemlərində informasiyanın yeni təhlüksizlik protokollarının yaradılması üçün istifadə etmək olar.