Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbağça” Rusiyalı hücumçuya təklif göndərdi

“Fənərbağça” Rusiyalı hücumçuya təklif göndərdi

Tarix: 7 Avqust 2020 10:00

Türkiyənin "Fənərbağça" klubu rusiyalı futbolçu transfer edə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, istanbullular Moskva "Lokomotiv"inin hücumçusu Fyodor Smolovun transferi üçün rəsmi təklif göndərib.

Super Liqa klubu ötən mövsümü İspaniya "Selta"sında keçirən forvardı yay fasiləsində heyətinə qatmaqda maraqlıdır. 30 yaşlı hücumçu icarə əsasında oynadığı La Liqada 14 matçda 2 qol vurub.

Qeyd edək ki, Smolovun qalacağı ehtimal olunsa da, "Selta" onu almaq istəməyib.

Milli.Az


Etiketlər:  Fənərbağça Rusiyalı hücumçuya təklif göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ