Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 14:27
"Son günlər, xüsusilə də Ermənistanın sərhəd təxribatının susdurulmasından, xaricdə yaşayan həmvətənlərimizin işğalçı ölkənin ifşa edilməsi istiqamətində təşkil etdikləri aksiyalardan və bu aksiyalara erməni diaspor təmsilçilərinin cinayət xarakterli müdaxilələrindən sonra Azərbaycana qarşı təxribat kampaniyalarının ənənəvi iştirakçıları kifayət qədər fəallaşıblar.
Məqsəd isə "məzlum" maskaları yırtılan erməniləri reabilitasiya etmək, diqqəti azərbaycanlılara qarşı həyata keçirilən vəhşiliklərdən yayındırmaq, radikal millətçi erməni təşkilatlarının həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərlə bağlı onlara ünvanlan müraciətlərə münasibətdə susqunluqlarına haqq qazandırmaqdır".
Bunu Sonxeber.net-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.
"Beləliklə, erməni diaspor təşkilatları, erməni iş adamlarının maliyyələşdirdiyi fondlar, o cümlədən "Qalust Qulbenkyan" fondu və faşizm ideologiyasının daşıyıcısı olan "Daşnaksütyun" partiyası ilə işbirliyində olan "Human rights watch", "Amnesty international" kimi klassik geosiyasi təzyiq alətləri "beşinci kolon"un daxildəki tör-töküntüləri ilə birlikdə, faəliyyətlərini sinxron şəkildə əlaqələnirərək Azərbaycan əleyhinə ağlasığmaz ittihamlar körükləyirlər", - o deyib.
"Bu prosesdə adıçəkilən təşkilatların və müttəfiqlərinin faxtilə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi vəzifəsinə pərçimlədikləri, Ermənistanın və ermənilərin yaxın dostu, Paşinyan rejiminin sifarişli himayəçisi Halem Dezirin rolu, həmçinin sözügedən şəxs ətrafında baş verənlər də aparıcı xətlərdən biri kimi keçməkdədir. Görünür Azərbaycanın Harlem Dezirin yenidən bu vəzifəyə təyinatını bloklaması Ermənistanı, "erməni məsələsi"ndən biznes və siyasi təzyiq vasitəsi kimi yararlanan dairələri qane etmir", - E.Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, Harlem Dezirin yenidən bu vəzifəyə təyinat almasında maraqlı olan dairələrin, şübhəsiz ki, bununla bağlı öz alt niyyətləri və tutarğacları var:
"Qeyd edim ki, Harlem Dezir 1998-ci ildə dövlət vəsaitlərindən qanunsuz istifadəyə, həmçinin 2 il ərzində Miqrantların Təlimi və Təhsili üzrə Regional Assosiasiyadan saxta yollarla 10500 frank əmək haqqı aldığı üçün 18 ay azadlıqdan məhrum edilib və 30 000 frank məbləğində cərimələnib.
Harlem Dezirin erməniləri və donor fondlar üçün "pul silmək"lə məşğul olan təşkilatlar üçün cazibədar edən də onun korrupsiayaya və saxtakarlığa meylli olmasıdır.
Avropa Şurası Parlament Assambleyasının həmməruzəçisi Stefan Şennak və digərlərinin Azərbaycan əleyhinə əssassız iddialar səsləndirməsinin də əsasında ermənilərin və bəzi xarici ölkələrin ATƏT-dəki diplomatlarının Harlem Dezir sevgisi dayanır. Sufariş vahid mərkəzdən verilib və koordinasiyalı şəkildə həyata keçirilir.
Onu da qeyd edim ki, sifarişləri dinməz-söyləməz icra edən, həyasızcasına yalan söyləməyi yüksək peşəkarlıqla bacaran, klassik saxtakar, fırıldaqçı Harlem Deziri idarə etmək, istiqamətləndirmək isə bir o qədər də çətin deyil. Dezirin cinayətkar keçmişinin bizə bəlli olan və olmayan tərəfləri buna imkan verir".
Aslan Məmmədov