Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Tarix: 8 Avqust 2020 17:36

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması strateji qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər. Ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfüqi və şaquli vektor üzrə aparılır. Yəni, islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyasının yaratdığı qlobal şərtlər isə sosial izoliyasiya şəraiti içərisində iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir: "Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdrimək üçün yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır. Başqa bir tərəfdən, hazırda bütün dünyada sərmayə qıtlığının yarana biləcəyi bir vaxtda milli resursların, xüsusilə, dövlət şirkətlərinin iqtisadi potensialının investisya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir. Ona görə də dövlət başçısının müvafiq Sərəncamında qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur. Əslində isə bu, həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın.

Ona görə də Sərəncamda azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi vurğu edilir. Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisi böyükdür. Bu müəssisələrin məşğulluqda payı təqribən 25%-dir. 15 ən iri dövlət müəssisəsinin aktivlərinin həcmi ölkənin ÜDM-si ilə müqayisə edilə bilən səviyyədədir. Bu nəhəng iqtisadi və maliyyə potensialıdır ki, onun iqtisadi münasibətlər sistemində realizə olunması hətta sıçrayışlı iqtisadi dinamika yarada bilər. Bu da iqtisadi inkişafımızda tamamilə yeni mərhələ aça bilər".


Etiketlər:  Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər Hikmət Babaoğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ