Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkər xəstələri damarları qorumaq, xolesterini normada saxlamaq üçün nə etməlidir?

Şəkər xəstələri damarları qorumaq, xolesterini normada saxlamaq üçün nə etməlidir?

Tarix: 8 Avqust 2020 23:51

Şəkərli diabet xəstələrində damar problemlərinə daha çox rast gəlinir. Damarlarda ağırlaşmalar yaranmaması üçün xolesterini daimi normada saxlamaq vacib sayılır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi şəkərli diabeti olan insanlar üçün iri damarlarda ağırlaşmalara qarşı görülməli olan profilaktik tədbirləri açıqlayıb. Mütəxəssislər hesab edir ki, xolesterini normada saxlamaq üçün aşağıdakıları məhdudlaşdırmaq vacibdir:

Heyvan mənşəli yağlar, kərə yağı, piy

Yağlı ət, kolbasa məhsulları

Toyuq ətinin dərisi

Kəsilmiş hevanın içalatı, başı və ayaqları

Yağlı xəmir, yağlı süd məhsulları

Duza qoyulmuş şorabalar

Hisə verilmiş ət məhsulları

Konservlər, bulyon kubikləri, çipslər

Hazır souslar, duzlu balıq


Etiketlər:  Şəkər xəstələri damarları qorumaq xolesterini normada saxlamaq üçün etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ