Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 22:12
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq "Sileks" Makedoniya liqasında mövsümün ilk oyununa çıxıb.
Qol.az xəbər verir ki, "Belasitsa"nın qonağı olan Kratovo təmsilçisi 6 cavabsız qolla qalib gəlib.
Qolları İvan İvanovski (47) Pepi Georgiyev (59) Denis Ristov (70), (84) və Stefan Curiç (88), (90+2) vurub.
Qeyd edək ki, "Qarabağ" "Sileks"lə avqustun 18-də və ya 19-da Bakıda qarşılaşacaq.