Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO)

Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO)

Tarix: 10 Avqust 2020 13:56

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Konfransda hazırki dövr üçün aktual olan beynəlxalq daşımalar sahəsində də pandemiyanın mümkün zərərlərinin təhlili, yükdaşıma və sərnişindaşımaya dair ümumi məsələlər müzakirə edilib.

DANX-dan Trend-ə verilən məlumata görə, tədbirdə daşıyıcı şirkət rəhbərlərinin və sahibkarların iştirakı təmin olunub. Kofransda daşımalar sahəsində mövcud problemlərin müzakirəsinə də yer ayrılıb. Onlayn konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Azərbaycan Respublikasında pandemiyanın qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində idxal, ixrac və eyni zamanda digər ölkələrə tranzit daşınan məhsulların səmərəli və effektiv çatdırılması üçün avtomobil nəqliyyatı ilə yükdaşımaları sahəsində məhdudiyyətlərin tətbiq edilmədiyini xüsusi vurğulayaraq, ölkəyə giriş-çıxış edən avtonəqliyyat vasitələrinə və onların sürücülərinə münasibətdə xüsusi tələblərin tətbiqindən və tələblərin icra mexanizmindən danışıb.

Daşıyıcılar öz növbəsində pandemiya dövründə yerli avtodaşıyıcıların fəaliyyəti zamanı yaranan problemlərin həllində DANX tərəfindən həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndirdiklərini səsləndiriblər. Vurğulanıb ki, Türkiyə və Gürcüstanda nəqliyyat vasitələrinin öz ölkələrində qalma müddətləri ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunsa da, həmin ölkələrin müvafiq struktur rəhbərləri ilə aparılan danışıqlar nəticəsində qısa müddət ərzində problem həllini tapıb və Azərbaycana məxsus yerli daşıyıcıların fəaliyyəti bərpa olunub. Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, daxili avtonəqliyyat xidmətləri bazarının kvota sistemi ilə tənzimlənməsinin səmərəliliyinin artırılması, bu sahədə milli daşıyıcıların xüsusi çəkisinin artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi, milli yük avtonəqliyyat parkının yenilənməsi, yeni iş yerlərinin açılması, kvotadan artıq ölkəyə daxil olan xarici yük daşıyıcıları tərəfindən yüklərin daşınmasının qarşısının alınması məqsədilə qanun layihələri hazırlanaraq Hökümətə təqdim edilməsi barədə ətraflı məlumat konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Qeyd edək ki, konfransın sonunda Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib. Artıq bu tərkibdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbər heyəti də təmsil olunacaq.

Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO) - Gallery Image Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO) - Gallery Image Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO) - Gallery Image Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO) - Gallery Image Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycan daşıyıcılarının Gürcüstan Türkiyəyə giriş icazəsi bərpa edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ