Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

Tarix: 11 Avqust 2020 09:00

"WhatsApp" messencerinin "Android" əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri qeyd ediblər ki, proqramda yalnız mətn mesajları arasında deyil, həm də fayl bərkitmələri üçün axtarış sistemi əlçatan olub. Məsələn, yalnız şəkil, video, istinadlar, gif formatlı təsvirlər, səsli mesajlar və ya sənədlər axtarmaq olar. Bu haqda "WABetainfo" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, beləliklə, çoxsaylı yazışmalar arasında lazımi şəkil və ya sənədi tapmaq mümkün olacaq.

"Android"in idarəetməsi altında işləyən smartfonların sahibləri APK fayl vasitəsilə "WhatsApp"ın beta-versiyasını quraşdırmaqla bu funksiyanı sınaqdan keçirə bilərlər.

Milli.Az


Etiketlər:  WhatsApp messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ