Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Tarix: 23 Iyun 2019 19:54

Bakı. Trend:

Monteneqronun Baş naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirildi.


Etiketlər:  Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ