Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 12:50
Bloqer Aysel Şükürovanın boşanmasında adı hallanan model Könül paylaşım edib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl Aysel Şükürova sosial media hesabında həyat yoldaşı Oqtay Əhmədovdan ayrıldığı baradə məlumat yayıb. O, ərinin ona xəyanət etdiyini sübut edən dəlillər olduğunu da bildirib. Məsələ ilə bağlı adı hallanan model sosial media hesabında açıqlama yazıb.
"Dəyərli izləyicilər, bu barədə danışmağı özümə borc bilirəm. Neçə ildi ki, bu sferadayam. Heç kimlə adım belə hallanmayıb. Məni tanıyan tanıyır. Necə biri olduğumu bilir. Mən hər zaman qadının yanında olmuşam. Bu gün bir daha onu anladım ki, qadının düşməni belə qadındır. Bu sözləri ürəyimdə qalmasın deyə yazıram. Bu vaxta qədər heç kimlə gündəmə gəlməmişəm. Bu məsələ ilə yaxından uzaqdan əlaqəm yoxdur. İnsanlar bilib-bilmədən yarğılamağı, linç etməyi o qədər gözəl bacarır ki, söz tapa bilmirəm. Kimsə sizə yazırsa "bu sizin günahınızdır" deməkdən vaz keçin. Xəyanət edən kişiləri müdafiə etməkdən vaz keçin. "Kişidir ona hər şey olar" deməkdən vaz keçin. Kişini qadından üstün tutmaqdan vaz keçin" - o qeyd edib.