Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

Tarix: 24 Iyun 2019 10:52

Bakı. Trend:

Qazaxıstanın cənubunda hərbi hissələrdən birində güclü yanğın başlayıb. Trend-in məlumatına görə, bu səbəbdən hərbi hissəyə yaxın yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.

Məlumata görə, məntəqədə hərbi sursatlar yanır.

Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov sakinlərin Arısdan Şımkəndə təxliyə edildiyini qeyd edib.

Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hərbi hissədə yanğın Ətrafdakı sakinlər təxliyə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ