Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 17:48
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Mərkəzi Seçki Komissiyası müxalifət Xalq Respublikasının İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş nazmizədi Əkrəm İmamoğluna şəhərin bələdiyyə sədri mandatını təqdim edəcək.
Trend-in məlumatına görə, mandat aprelin 17-də təqdim olunacaq.
Xatırladaq ki, martin 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib.
İstanbul üzrə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb.
Hakim partiya İstanbulda seçkinin nəticələrinə etiraz edirdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin