Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Superqəhrəman olmaq istəyənlər, yaxın oturun: Uçmaq artıq xəyal deyil!

Superqəhrəman olmaq istəyənlər, yaxın oturun:  Uçmaq artıq xəyal deyil!

Tarix: 13 Avqust 2020 22:16

Marvel-in xəyali superqəhrəmanı Dəmir Adamda olduğu kimi, uçan geyim yaratmaq yeni xəyal deyil. Ancaq bu xəyal artıq həqiqətə çevrilməyə başlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, inanılmaz görünsə də uça bilən geyim texnologiyası artıq satışa çıxarılıb. Bildirilir ki, sözügedən texnologiyanın silsilə istehsalına da başlanılıb.

39 yaşlı Richard Browning Gravity adlı şirkət qurub və insanların geyərək uça biləcəkləri geyim istehsalı ilə məşğuldur.

Onu da qeyd edək ki, qiyafənin qiyməti fantastik dərəcədə çoxdur. Belə ki, uça bilən geyim əldə etmək üçün 40 min dollarınızdan keçməlisiniz.

Məhsulun hazırda yalnız əyləncə üçün nəzərdə tutulduğu deyilsə də, gələcəkdə hərbi məqsədlər və xilasetmədə istifadə ediləcəyi istisna olunmur.


Etiketlər:  Superqəhrəman olmaq istəyənlər yaxın oturun Uçmaq artıq xəyal deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ